Finlandiyada erməni təxribatının qarşısı alınıbbackend

Finlandiyada erməni təxribatının qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Finlandiya Azərbaycanlılarının Koordinasiya Şurasının əlaqələndiricisi və Azərbaycan Türk gənclər təşkilatının rəhbəri Ülviyye Cabbarova və təşkilatın üzvü Leyli Huseynova tərəfindən erməni təxribatının qarşısı alınıb.

Bu barədə İnterpress.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belə ki, müxtəlif ölkələrdə təşkil edilə Beynəlxalq Turizm sərgilərinin növbətisi 16-20 yanvar tarixlərində Finlandiyada keçirilir. Helsinkidə Matkamessuda keçirilən Turizm sərgisinə qatılan erməni şirkəti tərəfindən Azərbaycan ərazisi “Artsax” kimi təqdim edilib. Soydaşlarımız Ü.Cabbarova və L.Hüseynova sərgi keçrilən yerə gedərək ermənilərin burada təxribatla məşğul olduqlarını və Qarabağın Azərbaycan ərazisi olduğunu, “Artsax” adı altında Qarabağa turist cəlb edilməsinin təxribat xarakterli olduğunu onların nəzərinə çatdırıblar. Erməni şirkəti ilə uzun mübahisədən sonra Ülviyyə Cabbarova sərginin təşkilatçı admnistratorunu Ermənistan stendinə dəvət edib və durumu ona anladaraq Qarabağın Azərbaycan ərazisi olduğunu təsdiq edən Beynəlxalq sənədləri təqdim edib. Bundan sonra, soydaşlarımızın təkidi və Admnistratorun göstərişi ilə Qarabağın Ermənistan ərazisi kimi göstərildiyi xəritə və broşüralar sərgidən yığışdırılıb.

İnterpress.az