Bakıda iki mağazadan oğurluğa cəhdin qarşısı alınıbbackend

Bakıda iki mağazadan oğurluğa cəhdin qarşısı alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu barədə İnterpress.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Belə ki, bir neçə gün əvvəl gecə saatlarında Nəsimi rayon Mühafizə idarəsi əməkdaşları tərəfindən xüsusi vasitələrlə qorunan Nəsimi rayonu H.B.Əliyev küçəsində yerləşən geyim və mobil telefonların satışı mağazasından Mərkəzi Mühafizə Məntəqəsinə “həyəcan” siqnalı daxil olub. İdarə əməkdaşları dərhal operativ reaksiya göstərərək hadisə yerinə çıxıb və hər iki obyektin giriş qapısını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən Teymur Cəfərov hadisə yerində saxlanılıb. Hadisəni törədən şəxs saxlanılıb aidiyyəti üzrə Nəsimi rayon Polis idarəsi 19-cu polis şöbəsinə təhvil verilib. Şöbədə araşdırma zamanı oğurluğa cəhd göstərən şəxsin yetkinlik yaşına çatmadığı məlum olub.

Faktla bağlı başlanan araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Nəsimi rayon Mühafizə idarəsinin əməkdaşları tərəfindən 2018-ci il ərzində rayon ərazisində baş verən, ümumilikdə, 29 cinayətin qarşısı alınıb. İctimai asayişi pozan 104 nəfər saxlanılaraq aidiyyəti üzrə polis bölmə və şöbələrinə təhvil verilib və 1377 obyekt mühafizəyə cəlb edilib.

İnterpress.az