Rza Zərrab: “Gəlib məni həbs etsinlər”backend

Rza Zərrab: “Gəlib məni həbs etsinlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, Zərrab İrana səslənərək “Məni günahlandıranlar azı iki sənəd ortaya qoysunlar. İranda mənim haqqımda yaradılan rəylər qəribə və gülüncdür. Dedikləri qədər günahkaramsa, gəlib məni burda həbs etsinlər. Uzaqda deyiləm, yerim – yurdum bəllidir. Gəlsinlər, sənədlərlə məni aparsınlar” deyib.
Müsahibədə R.Zərrab korrupsiyada ittiham olunaraq İranda həbs olunan Babək Zəncani barəsində də danışıb: “Zəncani heç vaxt mənim müdirim olmayıb. Bu əfsanənin necə uydurulduğunu bilmirəm. Mən tacirəm və işimi şəffaf görürəm. İran kimliyi bəlli olmayan birinə milyardlarla avro pul verib, indi də bu pulları geri ala bilmir. Halbuki, 2 il bundan əvvəl bu adamın dürüst olmadığı və onları aldadacağı barədə İranı xəbərdar etmişdim. Lazımdırsa İranda xəbərdar etdiyim şəxslərin adlarını sənədlərlə açıqlaya bilərəm”.

İran Mərkəzi Bankı üçün bir rial belə pul transferi etmədiyini deyən R.Zərrab İran Neft Nazirliyi ilə pul transferi edib – etmədiyi barədə suala belə cavab verib: “Bəli etdim, ancaq Neft Nazirliyinin özüylə yox. Burada şirkətlər və banklar bizim müştərimizdir. Bizim işimiz pul dəyişimi və transferidir. Bütün müştərilərimiz üçün də bunu edirik”.

R.Zərrab İranın keçmiş prezidenti Mahmud Əmədinejad hakimiyyətiylə də hər hansısa münasibətinin olmadığını bildirib.

İnterpress.az