Təhsil nazirindən gizlədilən tikinti QALMAQALLARI – VİDEObackend

Təhsil nazirindən gizlədilən tikinti QALMAQALLARI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az yenicag.az-a istinadən xəbər verir ki, son zamanlar sosial şəbəkələrdə yenidən bu nazirliyin tikinti sahəsindəki tenderləri gündəmə gəlib. Belə ki, bəzi sosial şəbəkə üzvləri bu barədə şikayətlərinin nazir Ceyhun Bayramova çatdırılmamasından narazıdırlar.

“İnanmaq istəmirik ki, nazir “get, materialı Bahadurdan al” kimi göstəriş versin. Bütün bunlar Fərhanın işləridir” yazan şikayətçinin sözlərinə görə, onlar tenderi qazandıqları təqdirdə malları konkret bir şəxsdən almaq tələb olunur. Tikinti şirkətləri isə həm mövcud bazar qiymətlərindən baha, həm də keyfiyyətsiz olan bu malları almaq istəmirlər. Bütün problem də buradan qaynaqlanır. Bahadur adlı şəxsin imzası olan hesab-faktura ilə gəlməyənin işinin qəbulunda problemlər yaradılır.

İddialara görə, iş adamlarına “Bahadur” şərtini qoyan Fərhan Təhsil Nazirliyinin Tikinti və Təchizat İdarəsinin müdir müavini Fərhan Əliyevdən başqası deyil.

O da qeyd olunur ki, modul məktəblərin isitmə sistemində yaşanan problemlərin də səbəbi məhz budur.

Yəqin ki, nazir xəbərdar olarsa, bu kimi problemlər də aradan qalxar. Hər halda iş adamları “Fərhan-Bahadur” əngəli üçün çıxış yolunu belə görürlər.

Məsələ ilə bağlı nazirliyin mövqeyini öyrənməyə çalışsaq da, müvəffəq olmadıq. Məktəblərlə yanaşı nazirlik də deyəsən, bu gün işləmir.

İnterpress.az