“Kenqurular” Qarabağ “atlar”ına qarşıbackend

“Kenqurular” Qarabağ “atlar”ına qarşı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az bunun üçün hansı komandalarımızın bu gün meydana çıxacağı barədə məlumat verir.

16:00 “Sabah” – MTK (Macarıstan)

Türkiyə “Əskişəhərspor”u üzərində qələbə qazanan (1:0) və Qazaxıstan “Tobol”u ilə sülh bağlayan (2:2) Premyer Liqamızın debütantı bu dəfə daha ciddi rəqibə qarşı oynayacaq. Rəqib də özü kimi, ötən mövsüm aşağı dəstədən elitaya vəsiqə qazanıb.

Təcrübəsiz Bakı təmsilçisindən fərqli olaraq, 130 illik yaşa malik Budapeşt klubu 23 dəfə ölkə çempionu olub və 12 dəfə Macarıstan kubokunu qazanıb. Bu klub 1964-cü ildə keçmiş Kuboklar Kuboku turnirinin finalında oynayıb. Hazırda MTK Macarıstan çempionatında altıncı pillədədir.

16:30 “Sumqayıt” – “Çelik” (Bosniya və Herseqovina)

Qazaxıstanın “Jetısu” klubu ilə 1:1 oynamış “Sumqayıt” bu gün ikinci matçını keçirəcək. Budəfəki rəqib Bosniya və Herseqovina Premyer Liqasında doqquzuncu pillədə olan Zenitsa klubu olacaq. 73 yaşlı “Çelik” üçqat Bosniya və Herseqovina çempionu olmaqla yanaşı, iki dəfə bu ölkənin kubokunu qazanıb. Həmçinin, qara-qırmızılı komanda 1975-ci ildə UEFA İntertoto Kubokunun da qalibi olub.

17:00 “Səbail” – “Sürix” (İsveçrə)

Macarıstanın aşağı dəstə klubu “Akvital” üzərində 3:2 hesablı qələbədən sonra “Səbail” də ikinci matçına çıxacaq. Rəqib 122 illik tarixə malik, UEFA Avropa Liqasının finalı üçün Bakıya gəlməyə namizəd klublardan biridir. Cari mövsüm Əliyar Ağayevin idarə etdiyi qrup matçında Leverkuzen “Bayer”inə 3:2 qalib gəlmiş “Sürix” Avropa Liqasının 1/16 finalında İtaliyanın “Napoli” klubu ilə qarşılaşacaq. 12 dəfə İsveçrə çempionu, on dəfə ölkə kubokunu qazanmış Sürix klubu iki dəfə Avropa Çempionlar Kubokunun (indiki UEFA Çempionlar Liqası) yarımfinalında oynayıb. Hazırda bu komanda İsveçrə Super Liqasında dördüncü pillədə qərarlaşıb.

18:00 “Qarabağ” – “Bohemians” (Çexiya)

Rumıniyanın “Botoşan” klubu ilə görüşü hava şəraitinə görə ləğv edilmiş, Macarıstanın “Uypeşt” komandasına 0:1 hesabı ilə uduzmuş Ağdam təmsilçisi ikinci matçını bu gün keçirəcək. Rəqib 1983-cü ildə yeganə çempionluğunu qazanmış 118 yaşlı Praqa klubudur. Bu komanda 70-80-ci illərdə Çexiyanı Avropada kifayət qədər təmsil edib. “Bohemians” hazırda Çexiya 1-ci Liqasında 13-cü yerdə gedir. Azərbaycan futbol ictimaiyyətində “kenqurular” ləqəbli komanda ilə “köhlən atlar”ın görüşü maraqla gözlənilir.(oxu.az)

İnterpress.az