Bakıda kirayənişin ev sahibinə xəsarət yetiribbackend

Bakıda kirayənişin ev sahibinə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

DİN-in mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin (RPİ) 6-cı PB və Salyan Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 17-də Bakı şəhər sakini Arif Məmmədova Biləcəri qəsəbəsindəki evində küt alətlə xəsarət yetirməkdə şübhəli bilinən, orada kirayənişin olan Salyan rayon sakini, əvvəllər məhkum olunmuş Məhərrəm Yahyayev saxlanılıb.

Şəxsi axtarış zamanı üzərindən narkotik vasitə olan marixuana da aşkar edilərək götürülüb.

İnterpress.az