Sərdar Ortaçı soyundurdular – VİDEObackend

Sərdar Ortaçı soyundurdular – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tanınmış türkiyəli müğənni Sərdar Ortaç konsert vermək üçün dəvət aldığı Gürcüstanla sərhəddə xoşagəlməz insidentlə üzləşib.

İnterpress.az-ın xəbərinə görə, buna səbəb müğənninin xəstəliyi ilə əlaqədar özü ilə götürdüyü dərmanlar olub.

Sərdar Ortaç öz “Instagram” səhifəsində bildirib ki, Gürcüstan sərhədçilərinə MS xəstəsi olduğunu (dağınıq skleroz – sinir sisteminin iltihabi xəstəliyi) izah etməyə çalışsa da, saatlarla gözlədilib, soyundurularaq üzərində axtarış aparılıb.

Bu hadisədən qəzəblənən müğənni ilk paylaşımında “məni az da olsa, sevirsinizsə, Gürcüstana gəlməyin” yazsa da, sonra ikinci bir paylaşımla bunu qəzəb içində yazdığını, başına gələnlərin bütün Gürcüstanla əlaqəsi olmadığını qeyd edib.

Gürcüstanda konsert verən müğənni çıxışına “səni sevirəm, Gürcüstan” deyərək başlayıb.

İnterpress.az