Bakıda sexdə yanğın baş veribbackend

Bakıda sexdə yanğın baş verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Binəqədi rayonunda vətəndaşa məxsus “XIRMAN” MMC-nin ümumi sahəsi 170 kv.m olan ərazisində lavaş bişirmə sexinin dam örtüyünün yanar konstruksiyaları yanıb.

Sexin içərisində olan avadanlıqlar, bitişik tikililər və sexin yaxınlığında olan 10 ton yanacaqla dolu çən yanğından mühafizə olunub. Yanğın saat 19:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İnterpress.az