Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlandıbackend

Azərbaycanda rəsmi işsiz statusu alanların sayı açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilən şəxslərin sayı 20,1 min nəfər olub.

İnterpress.az xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin hesabatında əksini tapıb.

İşsiz statusu verilən şəxslərin 37,2 faizini qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 196 manat olub. Bakı şəhəri üzrə 9 243 nəfər işsiz statusu alıb.

2019-cu il yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5133,1 min nəfər olub, onlardan 4879,3 min nəfərini məşğul əhali təşkil edib.

İnterpress.az