Bu ölkələrdən gətirilən darçınlar təhlükəlidir — Daxili qanaxma, beyinə qan sızma…backend

Bu ölkələrdən gətirilən darçınlar təhlükəlidir — Daxili qanaxma, beyinə qan sızma…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Interpress.az Medicina.az-a istinadən xəbər verir ki, alimlər insanları şirniyyat və içkilərin tərkibinə vurulan darçının həddən artıq istifadəsində diqqətli olmağa çağırıblar.

Belə ki, darçın ədviyyasını əldə etmək üçün onun üst qabıqları soyulur və qurudulur. Quruduqdan sonra içində olan incə təbəqə çıxarılır. Bu cür hazırlanan darçında kumarin maddəsinin miqdarı çox azdır. Ancaq Vyetnamdan və İndoneziyadan gətirilən ucuz darçın qurusu isə ağacın mantar təbəqəsindən hazırlanır. Bu cür qabıq burulmur, çox ətirlidir, amma hər qramında 6.8 mqr kumarin maddəsi olur. Məhz bu maddə də qanı durulaşdıraraq daxili qanaxmalara və hətta beyinə qan sızmasına gətirib çıxara bilər. Buna görə də darçın alarkən onun ətirli olmasına deyil, nazik, yaxşı burulmuş olmasına və qiymətinə diqqət yetirin. Əks halda \”ucuzdur” deyə alıb istifadə etdiyiniz darçın sizin sağlamlığınızı itirməyinizə səbəb ola bilər.
Qeyd: Azərbaycanda da xarici ölkələrdən gətirilmiş ucuz və keyfiyyətsiz darçın ədviyyatına rast gəlmək mümkündür. Bu səbəbdən ucuzluğuna aldanıb, almayın.

Məlumat üçün bildirək ki, \”Cinnamomum Ceylanici” ağacı qabıqlarından əldə edilən darçın daha incə ətrə və dada malik olur. Bu darçının 1 qramında 0.1 mqr kumarin maddəsi olur. Bu səbəbdən də hətta çox miqdarda istifadə edildikdə belə sağlamlıq üçün heç bir ziyanı yoxdur. Bu darçından uşaqlar və yetkin insanlar rahatlıqla istifadə edə bilərlər.

Interpress.az