Avropa ordusu qurulur – Dünyada hərb sahəsində YENİLİiKbackend

Avropa ordusu qurulur – Dünyada hərb sahəsində YENİLİiK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kansler Angela Merkel və Prezident Emmanuel Makron Almaniya ilə Fransa arasında əməkdaşlığa dair yeni müqavilə imzalayıblar.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, Almaniyanın Kansleri Angela Merkel sənədin imzalandığı günü “xüsusi gün” adlandırıb.

Yelisey müqaviləsi əsasında Axen müqaviləsi özündə əməkdaşlığın genişləndirilməsini ehtiva edib. İki dövlət arasında Yelisey müqaviləsi 1963-cü ildə imzalanıb.

Sənəd 7 bölmə və 28 maddədən ibarətdir.

Angela Merkel bildirib ki, bu sənəd iki ölkə arasında qarşılıqlı fəaliyyətin təməlini qoyur: “Fransa ilə imzalanan yeni müqavilə Avropa ordusunun qurulması istiqamətində ilk addımdır”.

İnterpress.az