Ağdaşda avtomobil yaşlı qadını vurubbackend

Ağdaşda avtomobil yaşlı qadını vurub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağdaşda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə rayon mərkəzində, “Ağsaray” şadlıq sarayının qarşısında baş verib.

Belə ki, “VAZ-21-06” markalı avtomobil 1937-ci il təvəllüdlü rayon sakini Soltanova Şərqiyə Nəsir qızını vuraraq, ona xəsarət yetirib. Yaralı xəstəxanaya yerləşdirilib. Onun durumunun qənaətbəxş olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az