Sumqayıtda avtobus qəzası – ÖLƏN VARbackend

Sumqayıtda avtobus qəzası – ÖLƏN VAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

DİN-dən İnterpress.az-a verilən məlumata görə, yanvarın 22-də saat 7 radələrində Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində şəhər sakini Ramin Hüseynov idarə etdiyi \”İsuzu” markalı 26 saylı xətt avtobusu ilə yolu keçən qəsəbə sakini Tamella Əlverdiyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

İnterpress.az