Məhəmməd Salahın sosial şəbəkə izləyicilərinə BƏD XƏBƏRbackend

Məhəmməd Salahın sosial şəbəkə izləyicilərinə BƏD XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İngiltərənin “Liverpul” klubunun ulduz futbolçusu Məhəmməd Salah sosial şəbəkə hesablarını silməyə qərar verib.

İnterpress.az xəbər verir ki, 27 yaşlı misirli yarımmüdafiəçi 22 yanvar tarixində son olaraq belə bir paylaşım edib: “2019-cu ilin qərarı: Real həyatda ünsiyyət qurmaq zamanı”. Bu paylaşımlardan sonra o “İnstagram” və “Twitter” hesablarını silib.

Qeyd edək ki, Məhəmməd Salah bu mövsüm İngiltərə Premyer Liqasında 23 oyunda meydanda olub, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Liverpul” 60 xalla turnir cədvəlinə başçılıq edir.

İnterpress.az