Gəncədə 4 cinayətə görə axtarışda olan şəxs saxlanılıbbackend

Gəncədə 4 cinayətə görə axtarışda olan şəxs saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə şəhərində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, əməliyyatı Gəncənin Nizami (Gəncə) Rayon Polis İdarəsinin əməkdaşları həyata keçirib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 144-2 (məcburi əmək), 144-3 (İnsan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlər) və 150-ci (Seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə axtarışda olan Arzu Tağıyev, Sahib Tağıyev və B.Tağıyeva, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə axtarışda olan Məhərrəm Bayramov saxlanılıblar.

İnterpress.az