Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi – VİDEObackend

Mehriban Əliyeva yeni doğulan üçəmlərlə bağlı göstəriş verdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyeva Bakıda Vəliyevlər ailəsində 3 illik övlad həsrətinin sonunda dünyaya gələn üçəmlərə – Mehriban, Leyla və Arzuya diqqət göstərib.

İnterpress.az news24.az-a istinadən xəbər verir ki, xəbər yayıldıqdan dərhal sonra ailəyə maddi yardım göstərilməsi üçün Fonda göstəriş verib.

Uşaq arabası, beşik, növbənöv geyimlər, hamam dəstləri və müxtəlif qidalarla təmin edilən ailə ölkənin birinci xanım Mehriban Əliyevaya öz təşəkkürlərini və minnətdarlıqlarını bildirib.

İnterpress.az