Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəbbackend

Azərbaycanda 1-ci sinifdə cəmi bir şagirdi olan məktəb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllı rayonunun Gəndov kəndində birinci sinifdə cəmi bir şagird oxuyur.

İnterpress.az xəbər verir ki, bu barədə azvision.az-a Gəndov kənd ümumi orta məktəbin direktoru Xuraman Qurbanova məlumat verib. Onun sözlərinə görə, şagirdlərin sayı az olduğundan ibtidai siniflər komplekləşdirilib.

\”I və III siniflərdə 3 nəfər, II və IV siniflərdə isə 6 nəfər şagird var. Uşaq sayının az olması kəndlərdə gənc ailələrin sayının az olması ilə əlaqədardır. Bizim məktəbə Gəndov kəndi daxil olmaqla, yaxın 5 kənddən şagidlər gəlir. Bunlar Köhnə Daxar, Müşgəmir, Namazgah və Dərə kəndləridir\”, – direktor vurğulayıb.

İnterpress.az