İdarə müdiri qoyunlarının yanına erkək qoç almaq istəyən əlildən rüşvət tələb etdi – VİDEObackend

İdarə müdiri qoyunlarının yanına erkək qoç almaq istəyən əlildən rüşvət tələb etdi – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Goranboy rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünüməşğulluq proqramı çərçivəsində təqdim olunan xırdabuynuzlu heyvanlarının yanına erkək cins qoyun almaq istəyən yerli sakin Dəmirov Ariz Knyaz oğlundan 250 manat rüşvət tələb olunub.

İnterpress.az xəbər verir ki, bu barədə, o, özü videomüraciət yayıb.

Özünəməşğulluq proqramının şəffaf həyata keçirilməməsindən şikayətlənən A.Dəmirov əlil olduğunu bildirib. O, qeyd edib ki, heyvanların yanına erkək cins qoyun verilməsi üçün 250 manat pul edilir. Şikayətçi proqram çərçivəsində ona qoyunların təqdim olunduğunu, lakin onların içərisində qoçun olmadığını vurğulayıb. Buna görə də yaşadığı Goranboy rayonunun Məşğulluq İdarəsinin müdiri Məmmədov Nicat Rizvan oğluna müraciət etdiyini açıqlayıb:

“Heyvanların yanına erkək cins qoyun verilməsi üçün məndən 250 manat pul edilir. Cənab nazirdən xahiş edirəm ki, bu məsələyə operativ münasibət bildirilsin. 1 həftədir ki, şikayətimə baxan yoxdur. Özüm əliləm. Məmmədov Nicat məni polislə hədələyir\”.

Qeyd edək ki, bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Musa Quliyev özünəməşğulluq proqramı çərçivəsində vətəndaşlara verilən heyvanlarla bağlı narazılıqların yarandığını bildirib. Deputat qeyd edib ki, bu layihə uğurla həyata keçirilməlidir və buna kölgə salınmamalıdır.

“Bu layihədə insanlara yerli heyvanlar verilir. Onlara cins heyvanlar vermək lazımdır ki, inkişaf etdirsinlər. Nazirliyin mövqeyi budur ki, “heyvan öldüsə, bizi ver məhkəməyə”. Bu nə məntiqdir? Sən özün cibindən almırsan ki… Buna büdcədən vəsait ayrılır. Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev gəncdir, çox gözəl, amma artıq yuxarıdan gedir. Belə olmaz… İnsanlara hörmət etmək lazımdır. İnsan xəstə heyvanla özünü necə dolandıra bilər?” – deyə, millət vəkili əlavə edib.

İnterpress.az