Məşhur aktyor jurnalistlərin ölümünə görə Qərbi qınadıbackend

Məşhur aktyor jurnalistlərin ölümünə görə Qərbi qınadı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, aktyor sosial şəbəkədə paylaşdığı mesajlarında “Charlie Hebdo” hücumunun arxasında gündə milyonlarla adamı öldürən Qərbin olduğunu bildirib:“Siz heç səs çıxartmadan gündə milyonlarla adamı öldürürsünüz, onların da bu hadisələr qarşısında səssiz qalacağını düşünürsünüz?”

Pentaqon və NATO-nun bombalı hücumlarının ölkələri yox edəcək səviyyəyə gəldiyinə diqqət çəkən aktyor deyib ki, bu hadisələrə qarşı tənqidləri davam edəcək: “Məqsədim sadəcə sizin də hafizənizi təzələməkdir”.

Parisdəki hücumu lənətləyən aktyor bu qətliam ilə hər kəsin papağını qarşısına qoyub yaxşıca düşünməsini bildirib.

Villi Toleo bir müddət əvvəl də Avstraliyaya bir kafeyə təşkil olunan hücumdan sonrakı “Twitter” mesajında “Adamın biri bara girir, içəridəkiləri girov götürür, heç bir zərər yoxdur, sonra polis əməliyyat keçirir-3 ölü. Nəticədə də dünyada “İslama qarşı hücuma keçək” səsləri yüksəlir” deyə yazıb.

İnterpress.az