Mahsun Kırmızıgülün anasının 2 milyonunu oğurladılar — FOTObackend

Mahsun Kırmızıgülün anasının 2 milyonunu oğurladılar — FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az “Ölkə.Az”a istinadən xəbər verir ki, qadının 2 milyon lirə (600 min manat) dəyərində pulunu və zinət əşyasını oğurlayan 3 türkmənə qarşı cinayət işi açılıb. Prokuror gənclərin hər birinə 15 il həbs cəzası tələb edib.

Türkmənistanlı Muyasser M, sevgilisi Şerzad H və dostları Javlonbek H Mahsun Kırmızıgülün anasına qarşı soyğunçuluq ediblər. Beşiktaşda tək yaşayan 93 yaşlı qadına baxmaq üçün oktyabr ayında 33 yaşlı Muyasse işə götürülüb. İşin birinci həftəsində türkmən işçi Faikanın zinət əşyaları və 130 min dollar nəğd pulu hamamda gizlətdiyini görüb. Muyasser 4 noyabr tarixində zinət əşyalarını və pulu götürərək evdən çıxıb. Arıkın evdə olan quhumu vəziyyətdən onu xəbərdar edib. Onlar hamamı yoxlayıblar və pul ilə zinət əşyalarının yoxa çıxdığını aşkar ediblər.

Muyasser isə pulu sevgilisinin evinə aparıb. Onlar Türkiyədən qaçmaq üçün plan cızıblar. Sonra isə Ankaraya gediblər. Burada isə polis onları həbs edib.

İnterpress.az