Ötən il Azərbaycanda 62 501 nikah qeydə alınıbbackend

Ötən il Azərbaycanda 62 501 nikah qeydə alınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda ötən il ərzində 62 501 nikah qeydə alınıb.

Bu barədə İnterpress.az-a Ədliyyə Nazirliyindən bildirilib.

Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı 18 yaş müəyyən olunur.

Nikaha daxil olmağı arzu edənlər bu barədə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə şəxsən yazılı ərizə verirlər.

Nikah Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin bu barədə ərizə verdikləri gündən 1 aydan tez olmayaraq onların iştirakı ilə bağlanır. Üzrlü səbəblər olduqda nikahın bağlanma müddəti Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən azaldıla və ya 1 aydan çox olmayan müddətə uzadıla bilər.

Müddəti azaltmaq və uzatmaq üçün əsas ola bilən üzrlü səbəblərə təcili olaraq uzunmüddətli ezamiyyətə getmə və ya daimi yaşamaq üçün başqa yerə köçmə, birgə uşaqların olması, nikaha daxil olmaq istəyən qadının hamilə olması, evlənənlərin və ya onların yaxın qohumlarının ağır xəstəliyi, hərbi xidmətə çağırılma və digər hallar aid edilə bilər. Bu hallar müvafiq sənədlərlə (ezamiyyə vərəqəsi, tibb arayışı, doğum haqqında şəhadətnamə və s) təsdiq edilməlidir.

Əvvəllər nikahda olmuş şəxslər yalnız nikahın pozulması haqqında şəhadətnaməni (surətini) və ya ərinin (arvadının) ölüm şəhadətnaməsi (surətini), yaxud nikahın etibarsız sayılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya ondan çıxarışı təqdim etdikdə yeni nikah qeydə alına bilər.

İnterpress.az