Futbol üzrə Amerika Kubokunun püşkü atılıbbackend

Futbol üzrə Amerika Kubokunun püşkü atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Futbol üzrə 2019-cu Amerika Kubokunun püşkü atılıb.

İnterpress.az yarışın rəsmi saytına istinadən xəbər verir ki, Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilmiş püşkatma nəticəsində 12 iştirakçı ölkə 3 qrupa bölünüb:

A qrupu: Braziliya, Boliviya, Venesuela, Peru

B qrupu: Argentina, Kolumbiya, Paraqvay, Qətər

C qrupu: Uruqvay, Ekvador, Yaponiya, Çili

Qətər və Yaponiya yığmaları Asiya zonasında yer alsalar da, yarışın təşkilatçısı olan Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) dəvəti əsasında Amerika Kubokuna qatılıblar. CONMEBOL-a daxil olmayan milli federasiyaların komandaları turnirə 1993-cü ildən dəvət olunurlar. Daha öncə Amerika Kubokunda Meksika (10 dəfə), Kosta-Rika (5), ABŞ (4), Yamayka (2), Honduras (1), Panama (1), Yaponiya (1) və Haiti (1) yığmaları iştirak ediblər.

Qeyd edək ki, 2019-cu il Amerika Kuboku 14 iyun – 7 iyulda Braziliyada keçiriləcək.

İnterpress.az