Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qran-pridə mübarizə aparacaqbackend

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Qran-pridə mübarizə aparacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, yığma üzvlərindən Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) və Murad Fətiyev (81 kq) tatami üzərinə çıxacaq. Onlardan ilk 2-si yarışa 1/16 finaldan, digəri isə 1/32-dən başlayacaq.

Orucov Uluqbek Otamurodov (Özbəkistan) – Din Yakov Gemer (İsrail) cütünün qalibi ilə qarşılaşacaq. Heydərov Jorje Fernandeş (Portuqaliya) – Covanni Espozito (İtaliya) cütünün güclüsü ilə üz-üzə gələcək. Fətiyev isə Ouen Kohlanı (Avstrailya) mübarizədən kənarlaşdıracağı təqdirdə, Cek Hattona (ABŞ) rəqib olacaq.

Qeyd edək ki, ilk yarış günündə Azərbaycan yığmasının 9 cüdoçusu – Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov, İbrahim Əliyevdir (hər ikisi 66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq) və İçinxorlo Munxtsedev (57 kq) mübarizə aparıb. Lakin onlardan heç biri fəxri kürsüyə yüksələ bilməyib.

53 ölkədən 379 idmançının qatıldığı Qran-priyə yanvarın 26-da yekun vurulacaq. Son gündə Azərbaycan idmançılarından Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) tatami üzərinə çıxacaq.

İnterpress.az