AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqlayıbbackend

AFFA növbəti Hesabat Konfransının gündəliyini açıqlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

AFFA-nın növbəti Hesabat Konfransının vaxtı, yeri və gündəliyi müəyyənləşib.

İnterpress.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclas martın 4-də \”Hilton\” otelində keçiriləcək. Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:

– Prezident tərəfindən salamlama

– Yığıncağın tərkibinin yoxlanılması

– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması

– Maliyyə hesabatının təsdiq olunması

– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq

– Növbəti ilin büdcəsinin təsdiq olunması

– Hər hansı vakant vəzifəyə seçkilər

– AFFA üzvlərinin təkliflərinin qəbul olunması

– Digər məsələlər

Girişi dəvətnamə ilə olacaq Konfransdan sonra İcraiyyə Komitəsinin iclası keçiriləcək.

İnterpress.az