Komitə sədri: Bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olubbackend

Komitə sədri: Bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda bir milyondan artıq vətəndaşımız bələdiyyələrdən məhrum olub.

İnterpress.az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə komitənin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, erməni silahlı qüvvələri Azərbaycan ərazilərinin 20 faizini işğal edib və bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb: \”Qanunvericiliyə əsasən, ərazi olmayan yerdə bələdiyyə yaradıla bilməz. Bu baxımdan qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız bələdiyyələrdən məhrum olublar\”.

İnterpress.az