12 nəfərin ölümünə aparan yol… – FOTObackend

12 nəfərin ölümünə aparan yol… – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Fransada hələ də hücum yoxdur” başlıqlı karikaturada silahlı bir nəfərin “Yanvarın sonuna qədər gözləyin” dediyi qeyd olunub.

“Charlie Hebdo” jurnalının 7 yanvar tarixli son sayının üz qabığında yeni romanı ilə müzakirəyə səbəb olan fransız yazar Mişel Hollebek də var. Yazar 3 həftədir Fransada böyük səs-küyə səbəb olan və bu gün kitab dükanlarına veriləcək “Soumission” (Təslimiyyət) adlı romanında 2022-ci ildə Yelisey Sarayına müsəlman bir prezidentin seçilməsindən bəhs edir.

Jurnalın son sayında yazarın fotosunu bu sözlərlə verilib: “Sehirbaz Hollebekin ehtimalları: 2015-də dişlərimi itirəcəyəm, 2022-ci ildə də oruc tutaram”.
Fransanın “Le Figaro” qəzeti dünənki sayında kitabla əlaqədar “Ədəbiyyat dünyası qaynayır, sosial şəbəkələr bununla çalxalanır, media bunu müzakirə edir… Parisdə axşam yeməklərində artıq başqa şeylər danışmırlar. Mişel Hollenbekin son romanı çıxmadan ortalığı bir – birinə qatıb” şərhini verib.

Məlumat üçün bildirək:
-1969-cu ildən nəşr olunan həftəlik karikatura jurnalı “Chalie Hebdo” çərşənbə günləri satışa çıxır.
-50 min tirajı olan jurnal çox vaxt qalmaqallı üz qabıqlarıyla çıxıb.
-İslam peyğəmbərinin karikaturaları çox müzakirə edilsə də, jurnal katolikləri, ifrat sağçıları, siyasətçiləri də karikaturalarının mövzusuna çevirib. Jurnal islam dünyasının etirazına 2006-cı ildə danimarkalı karikaturist Kurt Vesterqaardın Məhəmməd peyğəmbərin satirik şəkillərini dərc edərək tuş gəlib.
-2011-ci ild noyabrın 3-də jurnal “Sharia Hebdo” adlı xüsusi nömrəsində peyğəmbəri rəsm edib, onun dilindən “Gülməkdən ölməsəniz 100 şallaq” yazınca etirazlar daha da artıb. Jurnal nəşr olunmadan Parisdəki redaksiyaya molotof hücumları olub.
-2012-ci ildə jurnal yenə Məhəmməd peyğəmbərin karikaturalarını (bəziləri çılpaq halda) nəşr edincə 20 müsəlman ölkəsində böyük etirazlar olub. Fransa karikaturayla bağlı etirazlara görə bəzi ölkələrdəki səfirlik və nümayəndəliklərini müvəqqəti bağlayıb.
Jurnal “Twitter” hesabından hücumdan sadəcə bir saat əvvəl, yerli saatla 11.28-də İŞİD lideri Əbubəkr Əl- Bağdadiyə adi bir status yazıb. Həmin statusda Bağdadinin moizə edərkən təsvir olunub.

12 nəfərin ölümünə aparan yol... - FOTO
12 nəfərin ölümünə aparan yol... - FOTO

İnterpress.az