Bakıda avtobus sürücüsünün kobud səhvi – Sərnişinlər ölümlə ÜZ-ÜZƏ – VİDEObackend

Bakıda avtobus sürücüsünün kobud səhvi – Sərnişinlər ölümlə ÜZ-ÜZƏ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus sürücüsünün təhlükəli manevri digər hərəkət iştirakçısını çıxılmaz vəziyyətə salıb.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, hərəkətdə olan minik avtomobilinin qarşısına qəfildən çıxan avtobus qəza şəraiti yaradıb. Belə ki, Bakı Nəqliyyat Agentliyinə (BNA) məxsus 46 saylı marşrut xətti üzrə hərəkət edən 10-TG-757 dövlət nömrə nişanlı avtobusun sürücüsü qəfildən arxadan gələn, paytaxt sakini Ceyhun Həsənovun idarə etdiyi minik maşınının qarşısına çıxıb. Bu zaman təhlükəli qəza şəraiti yaranıb.

Minik avtomobilinin sürücüsü dərhal əyləci sıxaraq qəzadan qaça bilib. Amma buna baxmayaraq, içərisi sərnişinlərlə dolu olan avtobus sürücüsü yaratdığı qəza şəraitinə və onlarla insanın həyatı üçün səbəb ola biləcək təhlükəyə məhəl qoymadan avtobusu idarə etməyə başlayıb.

İnterpress.az həmin görüntüləri təqdim edir:

Səid Qərib
İnterpress.az