Cəlilabadda ilk dəfə “Skaut – gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub – FOTObackend

Cəlilabadda ilk dəfə “Skaut – gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəlilabad rayonunda ilk dəfə “Skaut – gələcək nəslin lideri” layihəsinin təqdimatı keçirilib.

İnterpress.az xəbər verir ki, təqdimat mərasimi rayonunun Alar kəndində keçirilib. Təqdimatda kəndin müəllim və şagird heyəti iştirak ediblər.

İştirakçılara layihə haqqında geniş məlumat verildikdən sonra video çarxlar nümayiş etdirilib. Daha sonra müəllim və şagirdləri maraqlandıran suallara cavablar verilib, eyni zamanda, layihədə könüllü iştirak etmək istəyən şagirdlərin qeydiyyatı aparılıb.

Qeyd edək ki, yaranmış dəstənin ilkin fəaliyyəti 2019-cu il yanvar ayından başlayaraq 2019-cu ilin iyunun sonuna kimi davam edəcək. 2019-cu ilin iyul ayında isə layihənin yekunu olaraq həm uşaq-yeniyetmələr, həm də böyükyaşlı liderlər üçün İsmayıllı rayonunda çadır düşərgəsi təşkil olunacaqdır.

Xatırladaq ki, layihənin əsas məqsədi skaut hərəkatının köməyilə rayonda yaşayan uşaq, yeniyetmə və gənclərin yeni nəsl liderlərinə çevrilməsi üçün tərəqqi imkanlarının yaradılması və onlarda komandada işləmək, könüllülük, təşəbbüskarlıq, təşkilatçılıq kimi müasir dünyavi şəxsi keyfiyyətlərinin inkişaf etdirilməsidir. Bu məqsədə çatmaq üçün layihənin bır sıra vəzifələri var. Bunlara ictimaiyyət arasında layihənin təbliği, könüllü gəncləri üzə çıxartmaqla bu sahədə yetişdirmək, skaut təlimləri və ustad dəsrləri vasitəsilə mövcud gənclərdə liderlik, skaut bilik və bacarıqlarının artırılması və sairə aiddir. “Skaut – gələcək nəslin lideri” – layihəsinə 1 sentyabr 2018-ci il tarixindən etibarən Amerika Birləşmiş Ştatlarının Səfirliyinin “İcma Quruculuğu Təşəbbüsləri Proqramı” çərçivəsində start verilib.

Cəlilabadda ilk dəfə “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub - FOTO

Cəlilabadda ilk dəfə “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub - FOTO

Cəlilabadda ilk dəfə “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub - FOTO

Cəlilabadda ilk dəfə “Skaut - gələcək nəslin lideri” layihəsinin təqdimatı baş tutub - FOTO

S.Qərib
İnterpress.az