Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Cüdoçularımız Qran-pridə mübarizə aparacaq

Bu gün Azərbaycanın daha 6 cüdoçusu Qran-pridə mübarizə aparacaq.

Dərc edilib: 26 yanvar 2019 [10:17]
Baxış sayı: 6962

İsrailin paytaxtı Təl-Əvivdə keçirilən Qran-pri turnirinin son yarış günündə Azərbaycanın 6 cüdoçusu qüvvəsini sınayacaq.

İnterpress.az xəbər verir ki, yığma üzvlərindən Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov (100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kinderzka (+78 kq) tatami üzərinə çıxacaq.

Mehdiyevlə Safquliyev mübarizəyə 1/16 final mərhələsindən başlayacaqlar. Onlar müvafiq olaraq, İhlas Setdarov (Türkmənistan) və Aatu Laamanenlə (Finlandiya) qarşılaşacaqlar.

Qasımovun ilk görüşü 1/8 finala təsadüf edəcək. O, Luka Kunsabo (Rumıniya) - İsaak Betsina (Malta) cütünün qalibini sınağa çəkəcək.

Qəhrəmanov 1/16 finalda Fransisko Solislə (Çili), Kokauri 1/8 finalda Eney Mariniç (Sloveniya) - Daniel Natya (Rumıniya) cütünün qalibi ilə görüşəcək.

Nəhayət, Kindzerska 1/8 finalda gücünü Lauro Fuzoya (Fransa) göstərəcək.

Qeyd edək ki, ilk 2 yarış günündə Azərbaycanın 12 təmsilçisindən İbrahim Əliyev (66 kq) və Murad Fətiyev (81 kq) 5-ci yerlə kifayətlənib, Rövşən Əliyev, Rəşad Yelkiyev (hər ikisi 60 kq), Orxan Səfərov (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Buyankişiq Purevsuren (hər ikisi 52 kq), İçinxorlo Munxtsedev (57 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq) isə daha erkən məğlub olaraq, mübarizəni dayandırıb. 53 ölkədən 379 idmançının qatıldığı Qran-prinin ümumi mükafat fondu 100 min dollardır.

İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 125