Bu gün generalın ad günüdür – FOTObackend

Bu gün generalın ad günüdür – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəis müavini general-mayor Həsən Şirinovun doğum günüdür.

İnterpress.az xəbər verir ki, bu gün generalın 69 yaşı tamam olur.

Qeyd edək ki, H.Şirinov 26 yanvar 1950-ci ildə Babək rayonu Cəhri kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin hüquq fakültəsini, Azərbaycan Texniki Universitetinin mexanika fakültəsini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirib. Həsən Şirinov 1980-ci ildən daxili işlər orqanlarında çalışır. Müxtəlif illərdə Nəsimi, Xətai və Xanlar rayon yol polisi bölmələrinin rəisi, Naxçıvan Muxtar Respublikası Dövlət Yol Polis İdarəsinin rəisi, Azərbaycan Respublikası DİN BDYPİ-nin rəis müavini vəzifələrində çalışıb. 1994-cü ildən 2010-cu ilə qədər isə Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəisi vəzifəsində işləyib. Hazırda Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavinidir.

Azərbaycan polisinin yaranmasının 100 illik yubileyi münasibəti ilə və Azərbaycan Respublikasında ictimai təhlükəsizliyin və asayişin təmin edilməsində, cinayətkarlığa qarşı mübarizədə xüsusi xidmətlərinə, qarşılarında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə polis general-mayoru rütbəsinə layiq görülüb.

İnterpress.az kollektivi H.Şirinovu doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı və fəaliyyətində uğurlar arzulayır!

Bu gün generalın ad günüdür - FOTO

İnterpress.az