Kürdəmirdə dəhşətli qəza: Kamaz bir ailənin dörd üzvünü xəstəxanalıq etdibackend

Kürdəmirdə dəhşətli qəza: Kamaz bir ailənin dörd üzvünü xəstəxanalıq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kürdəmir rayonunda baş verən yol qəzasında bir ailənin dörd üzvü yaralanıb.

İnterpress.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun 207 km-də, rayonun Qarabucaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, \”Mercedes\” markalı minik avtomobili \”KamAZ\” markalı yük maşınına çırpılıb.

Nəticədə minik avtomobilində olan bir ailənin üzvləri – Bakı şəhər sakinləri – 1988-ci il təvəllüdlü Samir Eldar oğlu Abasov, 1991-ci il təvəllüdlü Gülnarə Nizami qızı Abasova, 1963-cü il təvəllüdlü Nizami Əkrəm oğlu Ələkbərov və 1968-ci il təvəllüdlü Ziyafət Əlməmməd qızı Ələkbərova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az