Sumqayıtda ailə faciəsi — Qısqanc ər arvadını bıçaqladıbackend

Sumqayıtda ailə faciəsi — Qısqanc ər arvadını bıçaqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sumqayıt sakini arvadını bıçaqladığına görə həyatının 5 ilini həbsxanada keçirdikdən sonra azadlığa çıxmaq istəyir.

İnterpress.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 29.120-ci maddəsi ilə məhkum olunan Muradov Ədalət Fərəc oğlunun məhkəmə prosesi 30 yanvar tarixində Nərimanov rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, hadisə 15 yanvar 2014-cü ildə Sumqayıt şəhəri 5-ci mikrorayon ərazisində baş verib. Fərəc Ədalət oğlu Muradov həyat yoldaşı Cəmilə Muradovaya 7 bıçaq zərbəsi endirib. F.Muradov həyat yoldaşının ona xəyanət etdiyini deyib və hərəkətini bununla əsaslandırıb. 2014-cü ilin oktyabr ayında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Fərəc Muradov 6 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

İnterpress.az