Azərbaycanlı məşhur idmançı qripdən öldü – SON DƏQİQƏ – FOTOLARbackend

Azərbaycanlı məşhur idmançı qripdən öldü – SON DƏQİQƏ – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov dünyasını dəyişib.

İnterpress.az-ın məlumatına görə, bu barədə MMA-ın Azərbaycandakı rəsmi nümayəndəliyi məlumat yayıb.

Məlumata görə, idmançı bir müddət əvvəl qrip xəstəliyinə yoluxub. Ondan sonra vəziyyəti ağırlaşmağa başlayıb. Xəstəxənaya yerləşdirilən X.Məmmədovun həyatını xilas etmək mümkün olmayıb.

O, ötən gün axşam saatlarında dünyasını dəyişib.

Hazırda mərhum idmançının nəşi torpağa tapşırılması üçün doğulduğu Sabirabad rayonuna aparılır.

Qeyd edək ki, X.Məmmədov Həbib Nurməhəmmədovu məğlub edən yeganə döyüşçü olub.

Azərbaycanlı məşhur idmançı qripdən öldü - SON DƏQİQƏ - FOTOLAR

Azərbaycanlı məşhur idmançı qripdən öldü - SON DƏQİQƏ - FOTOLAR

Səid Qərib
İnterpress.az