Bizi Facebook`da izləyin

20 saniyəyə bağlanır... Bağla

Haqqımızda

Əlaqə



Ötən gün dünyasını dəyişən idmançımız dəfn olunub - FOTO - VİDEO

Ötən gün dünyasını dəyişən idmançı torpağa tapşırılıb.

Dərc edilib: 28 yanvar 2019 [10:20]
Baxış sayı: 13578

Yanvarın 26-da axşam saatlarında dünyasını dəyişən qaydasız döyüş üzrə dünya çempionu Xamis Məmmədov torpağa tapşırılıb.

Bu barədə İnterpress.az-a mərhum idmançının yaxınları məlumat veriblər. Bildirilib ki, idmançının cənazəsi doğulduğu Sabirabad rayonun Şıx Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun ailə üzvləri, dostları və bir neçə həmkarı iştirak edib.

Qeyd edək ki, ağciyər xəstəliyindən əziyyət çəkən idmançının bir neçə gün bundan əvvəl güclü soyuqdəymə nəticəsində vəziyyəti ağırlaşıb. O, bundan sonra müalicə üçün xəstəxanaya yerləşdirilib. Lakin həkimlərin səyinə baxmayaraq, o, yanvarın 27-si səhər saatlarında xəstəxanada dünyasını dəyişib.

Xatırladaq ki, X.Məmmədov Həbib Nurməhəmmədovu məğlub edən yeganə döyüşçü olub.

İnterpress.az mərhum idmançının dəfnindən görüntüləri təqdim edir:
Ötən gün dünyasını dəyişən idmançımız dəfn olunub - FOTO - VİDEO

Ötən gün dünyasını dəyişən idmançımız dəfn olunub - FOTO - VİDEO

Ötən gün dünyasını dəyişən idmançımız dəfn olunub - FOTO - VİDEO


S.Qərib
İnterpress.az






Oxşar xəbərlər

"BAKUBUS" lardan razısınız?


Cəmi səslər: 84