Azərbaycanda mikroavtobus aşdı – 3 nəfər öldü, yaralananlar varbackend

Azərbaycanda mikroavtobus aşdı – 3 nəfər öldü, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ötən gün gecə saatlarında Biləsuvar rayonunda baş verən ağır yol qəzası zamanı ölən 3 nəfərin və yaralananların şəxsiyyəti məlum olub.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, qəza nəticəsində 2 nəfər, Bakı şəhər sakinləri, 1958-ci il təvəllüdlü Dəmirova Pürzəxanım Eynulla qızı və 1978-ci il təvəllüdlü Həşimova Elnarə Hüseynağa qızı hadisə yerində ölüb, 3 nəfər isə yaralanıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onlardan 1966-ci il təvəllüdlü Abşeron rayonu Hökməli qəsəbə sakini Elmira Əli Ağasəfər qızı xəstəxanada keçinib. Bununla da ölənlərin sayı 3-ə çatıb.

Digər iki yaralı – 1953-cü il təvəllüdlü Bakı şəhəri, Biləcəri qəsəbə sakini Dəmirov Vəlinin vəziyyəti ağır olduğundan, o, reanimasiya şöbəsinə yerləşdirilib, 2003-cü il təvəllüdlü Həşimov Qəyyum Dəyanət oğluna isə tibbi yardım göstərilərək, evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

*** 23:57
Biləsuvar rayonunda bir neçə nəfərin ölümü və xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, hadisə yeni Ələt-Astara yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

Mikroavtobusun aşması nəticəsində 3 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

Yaralılar xəstəxanaya yerləşdirilib. Məlumata görə, mikroavtobus İrandan geri qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

İnterpress.az