Xamis Məmmədovun ölümünün əsl səbəbi BİLİNDİ – RƏSMİbackend

Xamis Məmmədovun ölümünün əsl səbəbi BİLİNDİ – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səhiyyə Nazirliyi idmançı Xamis Məmmədovun ölümü ilə bağlı rəsmi açıqlama yayıb.

Nazirliyin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, idmançı Xamis Məmmədov 24.01.2019-cu il tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib: \”Aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq Xamis Məmmədov 26.01.2019-cu il tarixində dünyasını dəyişib. Yaxınları meyitin tibbi ekspertizaya göndərilməsinə qəti etiraz ediblər. Bu səbəbdən yalnız ilkin rəyə əsasən xəstəyə ağciyərlərin tromboemboliyası diaqnozu qoyulub\”.

Qeyd edək ki, X.Məmmədovun cənazəsi doğulduğu Sabirabad rayonun Şıx Salahlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Xatırladaq ki, X.Məmmədov Həbib Nurməhəmmədovu məğlub edən yeganə azərbaycanlı döyüşçü olub.

İnterpress.az