İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıbbackend

İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsmayıllıda qanunsuz saxlanılan silah aşkarlanıb.

Bu barədə İnterpress.az-a DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Belə ki, İsmayıllı Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində rayonun Kürdmaşı kənd sakini Siruz Hüseynovun evindən qanunsuz saxladığı “TOZ 63” markalı qoşalüləli ov tüfəngi aşkar edilərək götürülüb və onun barəsində protokol tərtib olunaraq baxılması üçün İsmayıllı Rayon Məhkəməsinə göndərilib.

İsmayıllı RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri digər əməliyyat tədbiri nəticəsində Quşencə kəndi ərazisində “TOZ 8” markalı təklüləli ov silahı tapılaraq götürülüb.

İnterpress.az