Kuboku vaxtı Ramazan ayına görə dəyişdirildibackend

Kuboku vaxtı Ramazan ayına görə dəyişdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramazan ayına görə Afrika Millətlər Kubokunun vaxtı dəyişdirilib.

İnterpress.az \”Report\”a istinadən xəbər verir ki, bu barədə yarışın Təşkilat Komitəsindən \”Frans-Press\”ə bildirilib. Turnir 15 iyun – 13 iyulda deyil, 21 iyun – 19 iyulda keçiriləcək.

Dəyişikilik bir neçə Şimali Afrika ölkəsinin Afrika Futbol Konfederasiyasına müraciətindən sonra gerçəkləşib. Onlar 5 may – 3 iyunu əhatə edəcək Ramazan ayı zamanı oruc tutacaq futbolçuların bərpa olunması üçün belə bir addım atıblar.

Qeyd edək ki, bu il Afrika Millətlər Kuboku Misirdə keçiriləcək. 2017-ci ildə yarışın yanvarda deyil, yayda təşkil olunmasına və iştirakçıların sayının 16-dan 24-ə artırılmasına dair qərar qəbul olunub.

İnterpress.az