TQDK orta məktəblərə müraciət etdibackend

TQDK orta məktəblərə müraciət etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014/2015-ci tədris ilində XI sinif şagirdlərinin buraxılış imtahanı üç fənn üzrə keçiriləcək. Bütün şagirdlər ana dili, riyaziyyat və xarici dil fənlərindən imtahan verəcəklər.

Xarici dil fənninin tədris olunmadığı məktəblərin məzunları isə kimya fənnindən imtahan verəcəklər.

TQDK bununla əlaqədar ümumtəhsil müəssisələrinin əlaqələndiricilərindən xahiş edir ki, “Şagird-məzun” sisteminə təhsil müəssisəsində tədris edilən xarici dil barəsində məlumat təqdim etsinlər. Xarici dili tədris etmədiklərini bildirən məktəblərin şagirdləri buraxılış imtahanlarında xarici dil əvəzinə kimya fənnindən imtahan verəcəklər.

İnterpress.az