Məhkəmə anasını fahişəliyə cəlb edən qızla bağlı qərar verdibackend

Məhkəmə anasını fahişəliyə cəlb edən qızla bağlı qərar verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nərimanov Rayon Məhkəməsində insan alverində təqsirləndirilən Sevinc İxayevanın barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

İnterpress.az Oxu.Az-a istinadən xəbər verir ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən iclasda qərar elan edilib.

Qərara görə, istintaq orqanının təqdimatı təmin olunub və Sevinc İxayevanın barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sevinc İxayeva bu ilin yanvarın 25-də İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həbs edilib.

O, Azərbaycan vətəndaşları olan qadınları 2016-2018-ci illər ərzində İran İslam Respublikasının Meşkinşehr və Təbriz şəhərlərinə aparıb, insan alverinə məruz qoyması faktı müəyyən edilib.

İnterpress.az