Rəsulzadənin yaşadığı ev tarixi abidə siyahısına salına bilər – RƏSMİbackend

Rəsulzadənin yaşadığı ev tarixi abidə siyahısına salına bilər – RƏSMİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhəmməd Əmin Rəsulzadənin Bakının Novxanı kəndində doğulub, boya-başa çatdığı ev tarixi abidələr siyahısına salına bilər.

İnterpress.az xəbər verir ki, bunu BakuPost-a açıqlamasında Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəhbəri Fariz Hüseynov bildirib.

F Hüseynov Nazirlər Kabinetinin 2001-ci ildə təsdiqlədiyi siyahıda həmin evin tarixi abidə kimi yer almadığını nəzərə çatdırıb: \”Sonuncu dəfə 2001-ci ildə tarixi abidələrin qeydiyyata alınması, reyestri həyata keçirilib. Həmin vaxt 6 min 308 abidə dövlət tərəfindən qorunan abidə kimi qeydiyyata alınıb. Hazırda da monitorinqlər aparılır, 1700-ə qədər tarixi abidə aşkarlanıb. O abidələr də yeni siyahıya salınacaq. Ola bilər ki, Məhəmməd Əmin Rəsulzadənin Novxanıda yaşamış olduğu evin də tarixi abidələr siyahısına salınsın”.

Rəsulzadənin yaşadığı ev tarixi abidə siyahısına salına bilər - RƏSMİ

F. Hüseynov barelyeflərin isə tarixi abidə kimi qeydiyyata götürülmədiyini nəzərə çatdırıb.

Qeyd edək ki, Azərbaycanın görkəmli dövlət xadimi, Xalq Cümhuriyyətinin əsas liderlərindən biri Məhəmməd Əmin Rəsulzadənin vaxtilə Novxanı kəndində yaşadığı ev uzun müddətdir uşaq bağçası kimi fəaliyyət göstərir.

Yanvarın 15-ə keçən gecə evin qarşısına vurulmuş barelyef oğurlanıb. Bundan sonra bələdiyyənin hazırlatdığı yeni barelyefin ilkin forması Xalq Cümhuriyyətinin və Məhəmməd Əmin Rəsulzadənin adının düzgün yazılmaması səbəbindən narazılıqla qarşılanmışdı. Bu gün isə növbəti barelyef hazırlanaraq yerinə qoyulub.

Rəsulzadənin yaşadığı ev tarixi abidə siyahısına salına bilər - RƏSMİ

İnetrpress.az