“Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaqbackend

“Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” – “Neftçi” oyunu sükutla başlayacaq.

Bu barədə İnterpress.az-a Ağdam klubundan məlumat verilib.

Buna səbəb “Qarabağ” klubunun təsisçilərindən biri olmuş Adil Nadirovun dünyasını dəyişməsidir.

Klubdan bildirilib ki, oyun fevralın 3-də olsa da, bir dəqiqəlik sükut üçün Peşəkar Futbol Liqasına müraciət ediləcək.

Qeyd edilir ki, A.Nadirovun mədə-bağırsaq sistemində narahatçılığı olub. Onun həmçinin ürək nahiyəsindən şikayətləndiyi və tez-tez xəstəxanaya getdiyi bildirilib.

İnterpress.az