Bakıda 3 nəfər 1 nəfəri döydübackend

Bakıda 3 nəfər 1 nəfəri döydü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayounda xuliqanlıq edən şəxslər tutulub.

İnterpress.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində 3 nəfərin Bakı şəhər sakini Z.Seyidovu döyməsi barədə 12-ci Polis Şöbəsinə müraciət daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq araşdırmalara başlanılıb. Təxirəsalınmaz tədbirlərlə xuliqanlığı törətməkdə şübhəli bilinən Abşeron rayon sakinləri H.Əsgərov, B.Əhmədov və Ə.Səfərov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıblar.

Araşdırma aparılır.

İnterpress.az