Xərçəngdən əziyyət çəkənlərə — ALİMLƏRDƏN YENİ XƏBƏRbackend

Xərçəngdən əziyyət çəkənlərə — ALİMLƏRDƏN YENİ XƏBƏR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, “Journal of Experimental Medicine” jurnalındakı geniş məqaləyə əsasən, gündəlik aspirin qəbulu xərçəngdən əziyyət çəkənlərin sağ qalma qabiliyyətini 78 faiz artırır.

Alimlər iltihab əleyhinə olan dərman qəbul ilə “PİK3CA” mutasiya olunmuş geni olan xərçəng xəstələrinin sağ qalma ehtimalı arasındakı qanuna uyğunluğu üzə çıxarıblar. Təcrübə üçün alimlər baş və boyun xərçəngindən əziyyət çəkən 266 xəstənin 5 il ərzində sağ qalma imkanına aid məlumatları incələyiblər. 75 nəfərdə “PİK3CA” mutasiya olunmuş gen aşkar edilib. Məlum olub ki, müntəzəm olaraq aspirin qəbul edən mutasiyalı genə sahib xəstələrdə 6 ay ərzində 5 il sağ qalma şansı 25 faizdən 78 faizə qədər artıb. Amma geni mutasiya olmamış xəstələrdə bunu aşkar etmək mümkün olmayıb.

Alimlər ümid edirlər ki, yaxın gələcəkdə bədənin digər hissələrindəki xərçəng şişi ilə bağlı uyğun təcrübələr müsbət nəticə verəcək.(“Ölkə.Az”)

İnterpress.az