Ötən il məhkəmə qərarlarını icra etməyən 2 913 nəfər həbs olunubbackend

Ötən il məhkəmə qərarlarını icra etməyən 2 913 nəfər həbs olunub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Əhalinin məhkəmələrə inamının təzahürü olaraq son illər baxılan işlərin sayının çoxalması ilə Ədliyyə Nazirliyinin mühüm fəaliyyət istiqamətlərindən olan məhkəmə qərarlarının icrası sahəsində də iş həcmi əhəmiyyətli dərəcədə artıb\”.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, bu barədə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

Belə ki, 2018-ci ildə icra qurumlarına daxil olan icra işlərinin sayı 873 minə çatıb, onlardan 450 mindən çoxunun icrası təmin edilib, qalan işlərin icrası üzrə tədbirlər davam etdirilir. Görülən tədbirlər nəticəsində hüquqi və fiziki şəxslərə əvvəlki illə müqayisədə iki dəfədən artıq – 1,1 milyard manatdan çox vəsait ödətdirilib.

Məhkəmə qərarlarının icrasından qərəzli boyun qaçıran 6 775 şəxs inzibati məsuliyyətə cəlb olunub, o cümlədən 2 913 şəxs məhkəmələr tərəfindən inzibati qaydada həbs olunub, 446 şəxs barəsində cinayət işi başlanılıb. Ölkədən getmək hüquqi müvəqqəti məhdudlaşdırılan belə şəxslərdən 4 885 nəfərin isə məhkəmə qərarını icra etdiklərinə görə üzərlərindən məhdudiyyət götürülüb.

İnterpress.az