Charlie Hebdo: Şübhəlilər xidmət stansiyasını soyubbackend

Charlie Hebdo: Şübhəlilər xidmət stansiyasını soyub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Onlar yemək və yanacaq oğurlayıb və hadisə yerində atəş açıb, Fransa mediası xəbər verir.

Bu gün daha əvvəl Parisdə silahlı şəxs qadın polis işçisini öldürüb.

Montrouge rayonunda baş verən hadisə nəticəsində daha bir nəfərə ciddi xəsarət yetirilib. Silahlı kişi hadisə yerindən qaçıb. Bunun Charlie Hebdo-da baş verən gülləbaranla əlaqəli olum-olmadığı aydın deyil.

Fransa polisi jurnalın əməkdaşlarını öldürən şübhəlilərin axtarışı zamanı yeddi nəfəri həbs edib. Həmin şəxslər əsas şübhəli qismində axtarılan iki qardaşla əlaqəlidir.

Üçüncü şübhəli özünü prokurorluq orqanlarına təslim edib.

Polis şübhəli qismində iki qardaşın fotolarını yayıb. Axtarış fotolarında bu iki şəxsin \”silahlı və təhlükəli\” olduqları bildirilir.

Fransada satirik \”Charlie Hebdo\” jurnalının redaksiyasına basqın etməklə 12 nəfəri güllələmiş silahlıların axtarışı dünəndən bəri davam edir.

Basqın nəticəsində öldürülənlərdən səkkizi jurnalist, ikisi polisdir. Bundan başqa bir keşikçi və bir qonaq da öldürülüb.

Bu arada, bütün Fransa boyunca hücuma etiraz edənlərin aksiyası gecə ərzində də davam edib.

Təhlükəsizlik xidmətləri də gecə Reims şəhərində əsaslı əməliyyat həyata keçirsə də, heç kim həbs edilməyib.

Fransa prezidenti Francois Hollande bu hücumu \”xaincəsinə qətl\” adlandırıb və cümə axşamını milli matəm günü elan edib.

O deyib ki, ölkənin azad ifadə ənənələri basqına məruz qalıb. Prezident Fransa xalqını həmrəyliyə çağırıb: \”Ən yaxşı silahımız birliyimizdir\” – cənab Hollande çərşənbə günü etdiyi televiziya müraciətində deyib.

Bütün Fransa boyunca təhlükəsizlik tədbirləri gücləndirilib. Paytaxt Paris həyəcan hazırlığı vəziyyətinə gətirilib, media orqanlarının, müqəddəs yerlər, nəqliyyat və digər ərazilərin qorunması gücləndirilib.

Polis bildirib ki, 32 yaşlı Cherif Kouachi və onun qardaşı, 34 yaşlı Said üçün həbs orderləri verilib.

Üçüncü şübhəli – 18 yaşlı Hamyd Mouradın özünü təslim etdiyi təsdiq olunub.

Bununla belə, rəsmilər qeyd edirlər ki, Mourad öz adını sosial şəbəkələrdə görəndən sonra “könüllü təslim olmaq” qərarına gəlib.

Media xəbərlərində deyilir ki, Cherif Kouachi İraqda döyüşmək üçün cihadçıları səfərbər edən qrupun üzvü kimi 2008-ci ildə 3 illik həbsxana cəzasına məhkum edilib.

BBC-nin Paris müxbiri Lucy Williamson xəbər verir ki, Parisin xaricində bir neçə məntəqədə, o cümlədən paytaxtdan 140 kilometr aralıda olan Reyms şəhərində polis əməliyyatları keçirilir.

Polis təfərrüatları bildirməyib, lakin Reymsdəki mənzillərdən birində axtarış aparıldığı məlum olub.

İnterpress.az