Zərrabın borcları Ebruya baha başa gəldibackend

Zərrabın borcları Ebruya baha başa gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müğənni Ebru Gündeşin evindəki əşyalar müsadirə olunacaq.

İnterpress.az axşam.az-a istinadən xəbər verir ki, buna səbəb sənətçinin həyat yoldaşı Rza Zərrabın borclarıdır.

Məlumata görə, Rzanın Büyükçekmecedə yerləşən 47 əmlakının toplamda 25 min lirə borcu var. Buna görə də o, Türkiyədə olmadığı üçün həyat yoldaşının evindəki əşyalar müsadirə olunacaq. Lakin müğənni özünün borcu olmadığını bildirib və əşyalarının götürülməsinə razı olmayıb.

Qeyd edək ki, Zərrab Amerikada həbsdə idi. Ardınca məhkəmədə etirafçı tərəf olması nəticəsində azadlığa çıxıb. Belə ki, bir müddət əvvəl onun bir qadınla bahalı restoranda çəkilən fotoları yayılmışdı.

İnterpress.az