Nazirlik: Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcə ödənişləri 70 faiz artıbbackend

Nazirlik: Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı büdcə ödənişləri 70 faiz artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2018-ci il ərzində məhkəmənin qərarlarına əsasən, 1030 şəxs ictimai işlər növündə cəzanın və inzibati tənbehin icrasına cəlb edilib, onlardan 603-ü ictimai işlərin müddətinin başa çatması ilə əlaqədar qeydiyyatdan çıxarılıb.

Ədliyyə Nazirliyinin Mətbuat xidmətindən İnterpress.az-a verilən məlumata görə, bu barədə 2018-ci ildə məhkəmə və digər orqanların qərarlarının, o cümlədən azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəzaların icrası, ədalət mühakiməsi əleyhinə və bəzi digər cinayətlərin istintaqının aparılması sahəsində görülmüş işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş müşavirədə bildirilib.

Cərimə və islah işləri cəzalarının icrası ilə bağlı dövlət büdcəsinə ödənilən vəsaitin məbləği 70 faiz artaraq 2.5 milyon manatı ötüb.

Eyni zamanda cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı 2017-ci il 17 oktyabr tarixli Qanunla Cinayət Məcəlləsində bir çox əməllərin dekriminallaşdırılması nəticəsində probasiya xidmətinin qeydiyyatında olan 1200-dən çox şəxs məhkəmələr tərəfindən cəza çəkməkdən azad edilib və ya cəza müddəti azaldılıb.

Hesabat dövründə Nazirliyin İstintaq idarəsinin icraatında olmuş 1078 cinayət işinin 673-nün ibtidai istintaqı tamamlanıb, onlardan 276-sı alimentin ödənilməsindən qərəzli şəkildə boyun qaçıran şəxslərlə bağlı olub, fiziki və hüquqi şəxslərə vurulmuş 1.9 milyon manatdan çox vəsaitin istintaq zamanı ödətdirilməsinə nail olunub.

İnterpress.az