Bakıda növbəti ”lombard” fırıldağı: Qızıllarını geri ala bilmirlərbackend

Bakıda növbəti ”lombard” fırıldağı: Qızıllarını geri ala bilmirlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda növbəti \’\’lombard\’\’ fırıldağı yaşanıb.

İnterpress.az Xəzər tv-yə istinadən xəbər verir ki, xeyli insan qızıllarını lombard sahibindən ala bilmirlər. Baxmayaraq ki, götürdükləri pulları faizi ilə birlikdə geri qaytarıblar

Onlarla vətəndaş \’\’lombard\’\’ fırıldağı ilə üzləşiblər. Götürdükləri pulu geri ödəyən bu şəxslər indi qızıllarını ala bilmirlər. Zərərçəkənlərin iddiasına görə, müxtəlif vaxtlarda Lombardın sahibi Əliyev Zaur Elxan oğlundan, onun anası Əliyeva Mazbura Teymur qızından və dosdu Məmmədov Tural Nazim oğlundan qoyduqları qızılların qarşılığında faizə pul götürüblər. Həmin pulları faizi ilə birlikdə ödəyib qurtarsalar da indi qızıllarını geri ala bilmirlər.

Həmin şəxslər bir neçə gündür ofisi bağlayıb, telefonlarını isə söndürüblər. Məlum oldu ki, həmin şəxslərin şəhərin bir neçə yerində ofisləri olub. Zərərçəkənlərin əksəri qızıllarını Nərimanov rayonunda yerləşən bu ofisə təqdim ediblər. Zərərçəkənlər həmçinin deyirlər ki, artıq Zaurun anasu Mazbura Əliyeva saxlanılıb. Məsələ ilə bağlı qarşı tərəflə əlaqə saxlamağa çalışsaq da bu mümkün olmadı.

Bakıda növbəti ''lombard'' fırıldağı: Qızıllarını geri ala bilmirlər

Hüquqşunas Anar Ramazanov deyir ki, dəymiş ziyanın ödənilməsi üçün zərərçəkənlər polis və prokurorluq orqanlarına və ya məhkəməyə müraciət etməlidirlər. Hüquqşunas həmçinin tövsiyyə edir ki, bu kimi risqlərdən maksimum qorunmaq üçün çalışsınlar lombardlar əvəzinə banklardan kredit götürsünlər. Əks halda əmlak qoyub pul götürdükləri lombardın fəaliyyəti dəqiq araşdırılmalıdır.

Məsələ ilə bağlı İnterpress.az-a açıqlama verən \”Lombard №1\”in sahibi, ölkənin tanınmış hüquqşünası Məlahət Qurbanova bildirib ki, lombard fəaliyyəti altında fırıldaqçılıqla məşğul olan bu cür insanların hamısı qanun qarşısında cavab verməlidir. Onun sözlərinə görə, buna görə lombardın rəhbərliyi məsuliyyətə cəlb olunmalıdır: \”Məndən əvvəl həmkarım Anar Ramazanov bu məsələyə dolğun münasibət bildirib. Bir məsələni deyim ki, biz 100 ildən çoxdur ki, Azərbaycanda lombard fəaliyyəti ilə məşğuluq. Biz fəaliyyətimiz müddətində hər zaman müştəri məmnuniyyəti ilə rastlaşmışıq. Təbii ki, bu gün ölkədə onlarla, bəlkə də, yüzlərlə lombard fəaliyyəti ilə məşğul olan insanlar var. Amma aralarında təəssüflər olsun ki, ancaq öz cibini düşünən və müştəriləri tovlamaqla məşğul olanlar da var. Onlar müştərilərin mülkünü özəlləşdirərək fırıldaqçılıq edirlər. Buradan müştərilərə demək istəyirəm ki, zinət əşyalarınızı əmanət etdəcəyiniz lombard haqqında öncədən məlumat toplayın. Həmin lombardın fəaliyyəti və tarixi ilə bağlı məlumatlar əldə etdikdən sonra əməkdaşlıq edin\”.

Bakıda növbəti ''lombard'' fırıldağı: Qızıllarını geri ala bilmirlər

İnterpress.az