Avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıbbackend

Avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şəki rayonunda avtomobillə piyadanı vurub qaçan sürücü saxlanılıb.

İnterpress.az “Report”a istinadən xəbər verir ki, Şəki Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Aşağı Göynük kəndi ərazisində piyadanı vuraraq hadisə yerindən yayınan Şəki şəhər sakini Ruslan Zeynalov saxlanılıb.

Onun yol-nəqliyyat hadisəsini idarə etdiyi \”VAZ-2106\” markalı avtomobillə törətdiyi məlum olub.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.

Xatırladaq ki, hadisə Şəki-Qax avtomobil yolunun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Şəki rayon Baş Göynük kənd sakini 57 yaşlı Balabəy Allahverdiyev həmin yolda minik avtomobili tərəfindən vurulub. O, müxtəlif dərəcəli bədən xəsarətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasına daxil olub. Ona sağ baldır sümüyünün və sağ 6,7,8,9-cu qabırğaların sınığı diaqnozu qoyulub.

Yaralının müalicəsi xəstəxananın Cərrahiyyə şöbəsində davam etdirilir.

İnterpress.az